20 Aprel 2025
Kişi 2 oğlunu və həyat yoldaşını QƏTLƏ YETİRDİ: "Evdə cin var idi"

Kişi 2 oğlunu və həyat yoldaşını QƏTLƏ YETİRDİ: "Evdə cin var idi"

Kişi 2 oğlunu və həyat yoldaşını QƏTLƏ YETİRDİ: "Evdə cin var idi"

20 Fevral 2024 14:11 | Baxış sayı: 431

İtaliyada olan inşaatçı evdəki "cin"dən qurtulmaq qərarına gəldiyi üçün bütün ailəsini öldürüb.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "La Stampa" məlumat yayıb.

Palermo şəhərinin kənarında yaşayan 54 yaşlı Ciovanni Barecca 17 fevralda polisə zəng edərək cinayətini etiraf edib. Kişi telefonda “Ailəmi öldürdüm, məni aparmağınızı gözləyəcəyəm... Evdə cin var idi” deyib.

Hadisə yerinə gələn polis əməkdaşları bağda yandırılmış qadın cəsədinin qalıqlarını və iki uşağın meyitini aşkarlayıblar. Onlar həmçinin kişinin 17 yaşlı qızını şok vəziyyətində yataq otağında gizləndiyi yerdən tapıblar.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları belə qənaətə gəliblər ki, Barecca “cin çıxarmaq” məqsədilə ailəyə bir neçə gün işgəncə verib. Onun ilk qurbanı həyat yoldaşı, 40 yaşlı Antonella Salamone olub. Onun bədəni elə yandırılıb ki, ölüm səbəbini müəyyən etmək mümkün olmayıb.

Cinayətkar Salamoneni yandırdıqdan sonra biri 16, digəri isə 5 yaşında olan oğullarına keçib. O, onları elektrik naqilləri ilə boğmazdan əvvəl zəncirləyib, ağızlarını bağlayıb və döyüb. Ehtimallara görə, kişinin qızı narkotikin təsiri altında olub və ola bilsin ki, ailə üzvlərinin işgəncəyə məruz qalmasını seyr etməyə məcbur edilib.