SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlKeşlə bazarı sökülür? - RƏSMİ AÇIQLAMA
09 May 2024 08:13 | Baxış sayı: 508
Bir neçə gündür Keşlə bazarının söküləcəyinə dair xəbərlər yayılır. Məlumata görə, yeni salınan yolun bu ərazidən keçməsi planlaşdırılır.
AJMEDİA.İNFO Milli.Az-a istinadən xəbər verir ki, məsələyə Nərimanov Rayon İcra Hakimiyyəti münasibət bildirməyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə İctimai TV-yə bildirilib ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. İşlər yekunlaşandan sonra bu barədə dəqiq nəsə demək olar.