İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlKennedinin qardaşı oğlu MKİ-ni ABŞ Prezidentinin qətlində əli olmaqda ittiham edib
07 May 2023 20:11 | Baxış sayı: 640
ABŞ prezidentliyinə namizəd hüquqşünas, ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu olan kiçik Robert Kennedi müsahibəsində 1963-cü ildə dövlət başçısına sui-qəsddə ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əli olduğunu bildirib.
Bu barədə o “New York Post”a danışıb.
“Onun qətlində MKİ-nin əli olduğuna dair güclü dəlillər var. Hesab edirəm ki, hazırda bu, ağlabatan şübhələrdən kənardadır”, - siyasətçi bildirib.
Kennedinin sözlərinə görə, Amerika kəşfiyyatı təkcə qətldə deyil, həm də cinayətin “izlərini ört-basdır etməkdə” iştirak edib.