20 Aprel 2025
Kəlbəcərdə faciəli şəkildə ölən Şahların FOTOSU

Kəlbəcərdə faciəli şəkildə ölən Şahların FOTOSU

Kəlbəcərdə faciəli şəkildə ölən Şahların FOTOSU

23 Dekabr 2024 15:15 | Baxış sayı: 347

Xəbər verildiyi kimi, dekabrın 21-də Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub.

AJMEDİA.İNFO xəbər verir ki, rayonun Bəylik kəndi ərazisində rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etdiyi “Niva” markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb. Nəticədə Şahlar hadisə yerində dünyasını dəyişib.

Mərhum özəl şirkətlərdən birində çalışırmış. Vəfat edən Şahlar Dadaşovun fotosunu təqdim edirik.

Qeyd edək ki, qəza zamanı avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib.(publika.az)