SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlKəklikotu bu xəstəliklərin DƏRMANIDIR
26 Aprel 2024 11:05 | Baxış sayı: 499
Kəklikotu süfrələrin bəzəyi olmaqla yanaşı, bir çox müalicəvi xüsusiyyətləri var. Tərkibində A, C vitaminləri, kalsium, natrium, kalium kimi müxtəlif faydalı minerallar və yağlar olan kəklikotunun orqanizm üçün bir çox faydası var. Kəklikotu qurudularaq, çay hazırlana və ya yağ kimi istifadə edilə bilər. Kəklikotu çayı antiviral və antioksidant xüsusiyyətlərə malikdir.
AJMEDİA.İNFO xarici mediaya istinadən kəklikotunun faydalarını təqdim edir:
- Soyuqdəymə və qrip əlamətlərini yaxşılaşdırır
- Öskürəyə xeyirlidir
- İltihab əleyhinədir
- Həzm problemlərini düzəltməyə kömək edir
- İmmuniteti gücləndirir
- Ağrı kəsici təsirə malikdir
- Boğaz ağrısını sakitləşdirir
- Yuxusuzluğu aradan qaldırır
- Menstrual ağrıları aradan qaldırmağa kömək edir
- Arıqlamaq üçün təsirlidir
- Xolesterol və qan şəkəri səviyyəsini aşağı salır
- Sızanaqların sağalmasına kömək edir
- Fibromiyalji təsirini azalda bilər
- Çox Skleroz (MS) üçün istifadə edilə bilər