SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlKeçmiş millət vəkili Hadı Rəcəbli VƏFAT ETDİ
17 Aprel 2024 06:21 | Baxış sayı: 599
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17 aprel saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.
***
Azərbaycanda keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, məlumatı report-a mərhumun ailəsi təsdiq edib.
O, bu gün 76 yaşında dünyasını dəyişib. (report)