20 Aprel 2025
Keçmiş köçkünlərin müavinəti BU TARİXDƏ DAYANDIRILACAQ

Keçmiş köçkünlərin müavinəti BU TARİXDƏ DAYANDIRILACAQ

Keçmiş köçkünlərin müavinəti BU TARİXDƏ DAYANDIRILACAQ

23 Yanvar 2024 07:49 | Baxış sayı: 521

Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il müddətinə dayandırılacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.

Qeyd edilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:

“Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkümlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq. (Modern.az)