20 Aprel 2025
Keçmiş hərbçini avtobus vurub öldürdü - FOTOLAR

Keçmiş hərbçini avtobus vurub öldürdü - FOTOLAR

Keçmiş hərbçini avtobus vurub öldürdü - FOTOLAR

09 Aprel 2025 13:28 | Baxış sayı: 314

Dünən paytaxtın Yasamal rayonunda ağır yol qəzası baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, Q.Məmmədov idarə etdiyi “Mercedes Ateco” markalı avtobusla Yeni Yasamal ərazisindən keçən Kənar dairəvi yolda piyada Həsənov Məhəbbət Əkrəm oğlunu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən piyada Vətən müharibəsi iştirakçısı olub və 25 il hərbi xidmət göstərib. Baş gizir rütbəsi daşıyan M.Həsənov bir müddət əvvəl ehtiyata buraxılıb. O, müharibədən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilibmiş.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.