20 Aprel 2025
Keçmiş arvadını iş başında öldürdü - FOTO

Keçmiş arvadını iş başında öldürdü - FOTO

Keçmiş arvadını iş başında öldürdü - FOTO

18 Noyabr 2024 10:45 | Baxış sayı: 394

Füzuli rayonunda qadın qətlə yetirilib.


AJMEDİA.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Füzuli Rayon Diaqnostika Mərkəzinin həyətində baş verib. Rayonun Böyük Bəhmənli kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Bağırov xəstəxananın həyətinə daxil olaraq balta ilə keçmiş arvadı 1983-cü il təvəllüdlü Dilbər Namazovaya zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibbi yardıma baxmayaraq, vəfat edib.


Bildirilir ki, D.Namazova xəstəxanada laborant vəzifəsində çalışırmış. Cütlük 2016-cı ildə rəsmi boşanıb və D.Namazova övladları ilə birgə anasının evində yaşayırmış.


Ali təhsilli olan E.Bağırov isə daha əvvəl ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rayon şöbəsində çalışıb. O, Vətən müharibəsində iştirak edib.


Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb.