SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl“Kasıblar üçün xüsusi supermarketlər açılsın” – Millət vəkili Razi Nurullayev
23 İyun 2023 08:26 | Baxış sayı: 4057
"Təklif edirəm ki, xaricdən ölkəmizə idxal edilən qiyməti aşağı, keyfiyyəti yüksək olan məhsullarla bağlı araşdırma aparılsın".
AJMEDİA.İNFO xəbər verir ki, bu təkliflə Milli Məclisin növbədənkənar iclasında deputat Razi Nurullayev çıxış edib. Millət vəkili şəhər və rayonlarda xüsusi marketlərin açılmalı olduğunu qeyd edib:
"Şəhər və rayonlarda dövlət tərəfindən himayə edilən ucuz supermarketlər açılsın. Bunun üçün isə xüsusi siyahıların hazırlanması, həmin marketlərə kasıb əhalinin buraxılması mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kasıb əhalinin siyahısı mövcuddur".(sfera.az)