20 Aprel 2025
Kanadada hərbi helikopter çaya düşüb, ölənlər və yaralılar var

Kanadada hərbi helikopter çaya düşüb, ölənlər və yaralılar var

Kanadada hərbi helikopter çaya düşüb, ölənlər və yaralılar var

20 İyun 2023 21:01 | Baxış sayı: 621

Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus "Chinook" tipli hərbi helikopterin Ottava çayına düşməsi nəticəsində 2 əsgər həlak olub, 2 əsgər isə yaralanıb.

Bu barədə Kanada Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus "Chinook" tipli hərbi helikopteri yerli vaxtla saat 00:10 radələrində təlim uçuşu zamanı Ontario əyalətinin Petavava şəhərindəki hərbi baza yaxınlığında Ottava çayına düşüb.

Kanadanın baş naziri Castin Trüdo verdiyi açıqlamada helikopterdə olan 2 əsgərin həyatını itirdiyini, 2 əsgərin isə yaralı olaraq qəzadan sağ çıxdığını bildirib.

O qeyd edib ki, qəza ilə bağlı hərtərəfli araşdırma aparılacaq.

Qəzanın səbəbi hələlik məlum deyil.