SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlKanadada 78 nöqtədə meşə yanğını olub, 10 mindən çox insan təxliyə olunub
06 May 2023 04:08 | Baxış sayı: 549
Kanadada meşə yanğınları tüğyan edir.
Alberta əyalətində 78 nöqtədə yanğınla mübarizə aparılır.
"Little Red River Cree Nation" bölgəsindəki "Fox Lake"də alovla mübarizəyə həm havadan, həm də qurudan müdaxilə edilir.
Yanğın nəticəsində 4400 hektar ərazi külə dönüb.
Hadisə nəticəsində 20 ev ziyan görüb, 3700 nəfər təliyə edilib.
"Drayton Valley" bölgəsində indiyədək 500 hektar ərazi tamamilə yanaraq külə dönüb. Burada isə 7200 insan fəlakət böləgəsindən təxliyə olunub.
Ümumilikdə 78 yanğın ocağından 19-u nəzarətdən çıxıb.
Rəsmilər bu il 348 meşə yanğınının qeydə alındığını deyir.
İndiyədək ümumilikdə 25 mindən çox ərazi yanıb.