20 Aprel 2025
“Kamil Zeynallıya görə mənə 8 il iş verdiniz...” - Emil Ağayev məhkəməyə ETİRAZ ETDİ - FOTO

“Kamil Zeynallıya görə mənə 8 il iş verdiniz...” - Emil Ağayev məhkəməyə ETİRAZ ETDİ - FOTO

“Kamil Zeynallıya görə mənə 8 il iş verdiniz...” - Emil Ağayev məhkəməyə ETİRAZ ETDİ - FOTO

31 May 2024 12:10 | Baxış sayı: 621

İdmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Bir dənə Kamilə görə mənə 8 il iş verdiniz. Belə ədalət olmaz”, - E.Ağayev hökmə münasibət bildirərkən deyib.

Qeyd edək ki, E.Ağayev zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.