20 Aprel 2025
Kadırov Türkiyə və Ukraynanı ittiham etdi

Kadırov Türkiyə və Ukraynanı ittiham etdi

Kadırov Türkiyə və Ukraynanı ittiham etdi

09 Aprel 2025 10:44 | Baxış sayı: 340

Ramzan Kadırov yerli sakinin bıçaqla polis əməkdaşlarına hücumuna görə Türkiyə və Ukrayna hədəfə alıb.

AJMEDİA.İNFO xəbər verir ki, Çeçenistan rəhbəri "Teleqram" kanalında yazıb:

"Onun hərəkətlərini idarə edənlərin də şəxsiyyəti müəyyən edilib. Bəzilərini Türkiyədədir və hərəkətlərini Ukrayna vətəndaşı yönəldir".

Kadırov ekstremizm və terrorizmə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi barədə göstəriş verib:

“Nəzarət tədbirləri gücləndirilib, informasiya axınlarının ətraflı təhlili, o cümlədən şəbəkədə radikallaşmaya kömək edə biləcək dağıdıcı məzmunun monitorinqi aparılır”.

Xatırladaq ki, aprelin 8-nə keçən gecə Açxoy-Martanda yerli sakin patrul əməkdaşlarına hücum edərək onları bıçaqlayıb. Polis əməkdaşlarından biri dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi) ilə cinayət işi açılıb.