SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlKadırov canlı yayın açdı, azərbaycanlıları TƏHDİD ETDİ
29 Dekabr 2024 09:30 | Baxış sayı: 504
Kadırov onu Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan üzərində uçarkən vurmaqda ittiham edənləri hədələyib. Bu ittihamları onun Telegram kanalına yazanlar əksəriyyətlə azərbaycanlılardır.
AJMEDİA.İNFO Musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə özünün telegram kanalında canlı yayın açaraq, hiddət dolu çıxış edib.
Çıxışında onu qınayanları ağır şəkildə təhdid edib:
“Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanmayacağam. Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm. Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm”. - , deyə Kadırov bildirib.