SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİzzət Bağırov müğənnilərdən xahiş etdi: "Yardıma ehtiyac var..." - VİDEO
12 Noyabr 2024 00:00 | Baxış sayı: 346
Müğənni İzzət Bağırov hazırda səhhətində ciddi problem olan meyxanaçı Xəyyam Əhmədlinin ziyarətinə gedib.
AJMEDİA.İNFO axşam.az-a istinadən bildirir ki, sənətçi Xəyyamın yardıma ehtiyacı olduğunu bildirib:
"Hamı bilir ki, Xəyyamın vəziyyəti yaxşı deyil. Tək meyxanaçılar yox, bütün sənət adamları yanında olsun. Sənət dostlarımızdan, onun sözlərinə mahnı oxuyanlardan xahiş edirəm, ona dəstək olsunlar".
Qeyd edək ki, Xəyyamın ürəyində problem var. Onun qarnına su yığılıb və ürəyini yenidən əməliyyat etmək mümkün deyil. Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. X.Əhmədli 2018-ci ildə ürəyindən anju olunub.