SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİtkin düşən hərbçimiz Ermənistana keçib?
10 İyun 2024 08:16 | Baxış sayı: 389
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
AJMEDİA.İNFO-nun Axar.az-a istinadən məlumatına görə, erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyini yazıb.
“Sputnik Ermənistan” bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.
Məlumatı rəsmi olaraq hələ ki nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.