20 Aprel 2025
İsveçrə Ukraynaya “Rapira” zenit-raket sistemlərini vermək istəmir

İsveçrə Ukraynaya “Rapira” zenit-raket sistemlərini vermək istəmir

İsveçrə Ukraynaya “Rapira” zenit-raket sistemlərini vermək istəmir

26 Mart 2023 05:45 | Baxış sayı: 728

İsveçrə hakimiyyəti istismardan çıxarılan “Rapira” zenit-raket komplekslərini məhv etməyi və onları Britaniyaya geri göndərməməyi planlaşdırır.

Bu barədə “Kommersant” qəzeti yazıb.

İngilislərin bu hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərmək istədiyi güman edilir. İsveçrə “Rapira”ları 1980-ci ildə Britaniyadan alıb.

Hərbi ekspert Peter Şnayder etiraf edib ki, silah yeni deyil, lakin hələ də tam köhnəlməyib və pilotsuz təyyarələrə, helikopterlərə və döyüş təyyarələrinə qarşı istifadə oluna bilər.

Bununla belə, İsveçrə, öz neytrallığını qorumaq istəyir və düşmənçiliyə cəlb olunmasının əleyhinədir.