İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİsveç öhdəlikləri yerinə yetirməsə, NATO-ya daxil ola bilməyəcək
21 İyun 2023 22:02 | Baxış sayı: 566
“İsveç öhdəlikləri yerinə yetirməsə, NATO-ya daxil ola bilməyəcək".
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, Ankara İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.
“İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, İsveçin ərizəsi təsdiq edilməyəcək”, - TBMM sədri qeyd edib.