20 Aprel 2025
İstirahət günləri milli parklarda hava necə olacaq?

İstirahət günləri milli parklarda hava necə olacaq?

İstirahət günləri milli parklarda hava necə olacaq?

14 Mart 2025 17:11 | Baxış sayı: 258

İstirahət günlərində Milli Parklarda gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumatına görə, Azərbaycanın Milli Parklarının yerləşdiyi bölgələrdə istirahət günlərində - 15-16 mart tarixlərində ziyarətçiləri günəşli və əlverişli hava şəraiti gözləyir.


Abşeron Milli Parkına səyahət edənləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Səhər və axşam saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25° isti olacaq.


Göygöl Milli Parkına səyahət edənləri xoş əhvali-ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 20-24° isti olacaq.


Şahdağ Milli Parkında turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 17-22° isti olacaq.


Altıağac Milli Parkına getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 20-24° isti olacaq.


Şimal bölgəsində Samur-Yalama Milli Parkını səyahət edən turistləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 27-29° isti olacaq.


Şirvan Milli Parkında da ziyarətçiləri sabit, yağmursuz və günəşli hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 25-27° isti olacaq.


Ağgöl Milli Parkına səfər edənləri sabit, əsasən yağmursuz hava gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 23-26° isti olacaq.


Qızılağac Milli Parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-23° isti olacaq.


Cənub zonasında Hirkan Milli Parkını səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-24° isti olacaq.


Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına səfər edən ziyarətçiləri əsasən yağmursuz və günəşli hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 20-25° isti olacaq.