20 Aprel 2025
İstilik noyabrın 15-dən tez veriləcək? - RƏSMİ AÇIQLAMA

İstilik noyabrın 15-dən tez veriləcək? - RƏSMİ AÇIQLAMA

İstilik noyabrın 15-dən tez veriləcək? - RƏSMİ AÇIQLAMA

05 Noyabr 2024 15:26 | Baxış sayı: 251

Payızın dəyişkən havası artıq özünü göstərməkdədir. Havalar getdikcə soyuyur. Temperatur aşağı düşdükcə, mənzillərin qızdırılması, yəni mərkəzi istilik sistemləri ilə bağlı problem yenidən gündəmə gəlir. Nəinki mənzillər, o cümlədən, məktəb, bağça və xəstəxanalar da sovet dövründən qalan "soyuq miras"ın qurbanına çevrilib. Bəs istilik sistemi nə zaman işə düşəcək? Havaların soyuq keçməsi nəzərə alsaq istilik sistemləri vaxtından əvvəl verilə bilərmi?


AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-yə sorğu ünvanlanıb.


Cavab olaraq lent.az-a bildirilib ki, istilik sistemi ənənəyə uyğun olaraq noyabrın 15-də veriləcək:


“Hava şəraiti kəskin şəkildə soyuduğu, qar və ya çovğun olduğu halda qazanxanaların vaxtından əvvəl işə salınmasına baxıla bilər”.