SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİsti hava ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ!
06 İyun 2024 14:08 | Baxış sayı: 366
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi muxtar respublika ərazisində isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirlikdən AJMEDİA.İNFO-ya bildirilib ki, 6-7 iyun tarixlərində Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir.
Muxtar respublika ərazisində gözlənilən yüksək temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.
Qeyd edək ki, 8-9 iyun tarixlərində isə muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.