İstanbul şəhərində silahlı insident olub
18 Aprel 2023 10:35 | Baxış sayı: 640
Türkiyənin İstanbul şəhərində silahlı insident olub.
Məlumata görə dayanacaqdakı avtomobilə silahlı hücum zamanı 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Cinayətkar hadisə yerindən qaçıb. Polis onun yaxalanması məqsədilə əməliyyata başlayıb.