SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlİstanbul leysandan sonra - VİDEO
27 Avqust 2024 11:00 | Baxış sayı: 229
Bu gün səhər saatlarından yağan yağış İstanbulda bir sıra fəsadlara yol açıb.
AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, leysan səbəbindən İstanbulda Kabataş tramvay xəttini su basdığından reyslər dayandırılıb. Karaköydə isə bəzi iş yerlərini su basıb.
Bununla yanaşı, avtomobil yollarında toplanan su maşınların hərəkətinə əngəl törədib. Taksimdə küçələr, eləcə də Gülhane Parkının girişi su altında qalıb.
İstanbulda yağışın növbəti günlərdə də davam edəcəyi gözlənilir.