20 Aprel 2025
İsrailli nazirə qum atan qadın saxlanıldı

İsrailli nazirə qum atan qadın saxlanıldı

İsrailli nazirə qum atan qadın saxlanıldı

08 Sentyabr 2024 11:38 | Baxış sayı: 347

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir dünən paytaxt Təl-Əvivdəki Geula çimərliyinə səfəri zamanı etirazla qarşılanıb.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, həmin vaxt dənizdə olan 27 yaşlı Noa Qoldenberq israilli nazirə yaş qum atıb.

Qeyd edək ki, qum atdığı aşkarlanan Qoldenberq polis tərəfindən saxlanılaraq Ramle şəhərindəki Neve Tirtza Qadın Həbsxanasına göndərilib.