20 Aprel 2025
İsrailli girovlar Misir ərazisində təhvil veriləcək

İsrailli girovlar Misir ərazisində təhvil veriləcək

İsrailli girovlar Misir ərazisində təhvil veriləcək

24 Noyabr 2023 15:06 | Baxış sayı: 609

HƏMAS ilk 13 girovu bu gün İsrailə təhvil verəcək.

AJMEDİA.İNFO xəbər verir ki, girovların Rəfah keçid məntəqəsi vasitəsilə İsrailə təhvil veriləcəyi gözlənilir.

İHƏMAS və İsrail arasındakı razılaşmalara görə, azad edilənlər əvvəlcə Misirlə sərhədə qədər onları müşayiət edəcək Qırmızı Xaç işçilərinə təhvil veriləcək. İsrail hərbçiləri girovları qarşıladıqdan sonra onlar tibbi müayinədən keçəcək və yaxınları ilə telefon danışığı aparılacaq.

Onlar təcili tibbi yardıma ehtiyacı olanlar Beer Şevadakı Soroka xəstəxanasına göndəriləcək. Qalanları daha beş tibb məntəqəsinə paylanacaq, yaxınları onları orada gözləyəcək.

Girovlar hərtərəfli tibbi müayinədən keçəcəklər. Bundan əlavə, böyüklər təhlükəsizlik nümayəndələri tərəfindən dinləniləcək.

Xatırladaq ki, razılaşmanın şərtlərinə əsasən, HƏMAS Qəzza zolağında saxlanılan 237 girovdan 50 qadın və uşağı azad edəcək. İsrail öz növbəsində qadın və azyaşlılar da daxil olmaqla, 150 fələstinli məhbusu həbsdən azad edəcək.