SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl"İsraillə münaqişənin həllində Trampın köməyinə ümid edirik" - Fələstin rəsmisi
30 Yanvar 2025 15:14 | Baxış sayı: 386
Fələstin Yaxın Şərq münaqişəsinin həlli prosesində ABŞ və Səudiyyə Ərəbistanının köməyinə ümid edir.
AJMEDİA.İNFO "Bloomberg TV"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin baş naziri Muhəmməd Mustafa bildirib.
"Məndə inanmağa əsas var ki, ABŞ prezidentinin administrasiyası münaqişənin başa çatmasına ümid verəcək düzgün, balanslaşdırılmış sazişin bağlanmasında hamımıza kömək edəcək. Səudiyyə Ərəbistanı da sülh prosesinə qoşulmaq istəyini ifadə edib, çünki onlar regionda sülh və inteqrasiya istəyirlər", - deyə hökumət başçısı qeyd edib.
O, ABŞ lideri Donald Trampın müharibədən sonrakı bərpa dövründə Qəzza sakinlərindən 2 milyondan çoxunun Misir və İordaniya kimi ölkələrə köçürülməsi təklifini rədd edib.
Onun sözlərinə görə, Qəzza zolağında bərpa prosesi Yaxın Şərqin xarici görünüşünü dəyişəcək.
"Biz İsrail və HƏMAS-ın ərazilərin bərpası yolunda maneə olmayacaqlarına zəmanət veririk", - deyə baş nazir vurğulayıb.