İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlİsraillə bağlı ŞOK AÇIQLAMA - Yaxın 48 saat ərzində...
28 İyul 2024 16:23 | Baxış sayı: 478
İsrailin Livana hücumu qaçılmazdır və yaxın 48 saat ərzində gözlənilir.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Qərb kəşfiyyatının hesabatları göstərir.
Qeyd edək, İsrail hərbi texnikalarının şimaldan Livanla sərhədə doğru hərəkətinin görüntüləri də yayılıb.
Yayılan son dəqiqə məlumatına görə, Livanın MEA (Middle East Airlines) aviaşirkəti İsrailin Qolan təpələrinə hücuma mümkün cavabı səbəbindən bazar günü axşamdan Beyruta uçuşlarının vaxtını dəyişdirib.
Xatırladaq ki, iyulun 27-si axşam saatlarında Livandan İsrailin şimalı raket atəşinə tutulub. Raketlərdən biri həmin vaxt uşaqların olduğu Məcdəl Şəmsdəki futbol meydançasında partlayıb. Nəticədə 12 nəfər həlak olub, daha 40-a yaxın insan yaralanıb. İsrail hakimiyyəti insidentdə "Hizbullah" hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.//Musavat.com