İsrailin Romadakı səfirliyi fəaliyyətini dayandırdı
06 Aprel 2024 06:11 | Baxış sayı: 619
İsrailin İtaliyanın paytaxtı Romadakı səfirliyi fəaliyyətini dayandırıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "LaPresse" məlumat yayıb.
Səfirliyin İrandan gələn təhdidlərlə əlaqədar bağlandığı bildirilib.
Qeyd edək ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik korpusun yanındakı binaya zərbə endirib. İsrail hakimiyyəti İrandan gələn təhdidlərlə bağlı müxtəlif ölkələrdəki 28-ə yaxın diplomatik nümayəndəliyini bağlayıb.