20 Aprel 2025
İsrailin Qəzzaya hava hücumları zamanı HƏMAS sözçüsü HƏLAK OLDU

İsrailin Qəzzaya hava hücumları zamanı HƏMAS sözçüsü HƏLAK OLDU

İsrailin Qəzzaya hava hücumları zamanı HƏMAS sözçüsü HƏLAK OLDU

27 Mart 2025 22:53 | Baxış sayı: 531

İsrailin Qəzza zolağının şimalına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua həlak olub.


AJMEDİA.İNFO bildirir ki, bu barədə "Əl-Əqsa" televiziya kanalı xəbər verib.


"Əbdül Lətif əl-Qanua Cəbaliya şəhərində çadırda olarkən İsrail aviasiyasının zərbəsinə məruz qalıb", - deyə məlumatda vurğulanıb.


Fələstin mediası mətbuat katibinin cəsədinin görüntülərini dərc edib.


Əbdül Lətif əl-Qanua HƏMAS-ın ən tanınmış nümayəndələrindən biri olub.


O da qeyd olunur ki, hücum zamanı azı 26 nəfər həlak olub. Ölənlərin sayının arta biləcəyi istisna olunmur, çünki xəstəxanalara çatdırılan bəzi yaralıların vəziyyəti son dərəcə ağırdır.