SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİsrailin müdafiə naziri Albert Aqarunovun məzarını ziyarət etdi
13 İyul 2023 10:17 | Baxış sayı: 551
Ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət ediblər.
AJMEDİA.İNFO xəbər verir ki, nümayəndə heyəti tərəfindən məzarların üzərinə gül dəstələri düzülüb. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.