İsrailin mərkəzində avtomobil partladılıb
26 İyul 2023 16:07 | Baxış sayı: 602
Avtomobil İsrailin mərkəzində yerləşən Ramla şəhərində partlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.
Məlumata görə azı bir nəfər ağır yaralanıb və xəstəxanaya aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.