Qiyməti 8 min dollardan aşağı olan 10 ən etibarlı istifadə edilmiş avtomobil – SİYAHI
5 saat əvvəlİsrailin ilk raket zərbəsi İran raketlərinin və hava hücumundan müdafiə sistemlərinin istehsalına ziyan vurub
26 Oktyabr 2024 14:40 | Baxış sayı: 381
İranın hava hücumundan müdafiə sisteminə dəyən ziyan ölkəni növbəti zərbələrdən müdafiəsiz qoyub. İsrail mənbələri bildirirlər ki, raket istehsalı sistemlərinə və raket ehtiyatlarına ziyan dəyib.
İsrail İrana hücumun növbəti mərhələlərini hazırlamaq üçün amerikalılarla koordinasiyalı şəkildə əməliyyat keçirib. Bunun ABŞ-da seçkilərdən sonra baş verəcəyi istisna olunmur.
İsraildəki məlumatlı mənbə bildirib ki, hərbi kəşfiyyatın təqdim etdiyi informasiya elmi fantastik səviyyədə olub. “Zərbə dəqiq oldu və yer-yer raketlarinin istehsalı üzrə zavoda düşərək İranın hərbi sənayesinə ciddi ziyan vurdu.
Mahiyyətcə İran üçün əvəzolunmaz zavodun haqqında dəqiq kəşfiyyat məlumatları əldə edildi. Və o, millimetr dəqiqliyi ilə vuruldu. Biz Yaxın Şərqin istənilən nöqtəsinə hücum etmək bacarığımızı sübut etdik”, - mənbə qeyd edib.