SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİsrailə yeni təyin olunmuş səfir Muxtar Məmmədov Dağ Yəhudiləri sinaqoqunda
02 Fevral 2023 09:35 | Baxış sayı: 694
Azərbaycanın Dağ Yəhudiləri sinaqoqunda Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Anatoli Rafailov və cəmiyyətin digər üzvləri arasında görüş keçirilib.
AJMEDİA.İNFO xəbər verir ki, "Magen David" Group-un Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi David Seliverstovun fikirlərinə görə peşəkar diplomata yaraşdığı kimi, cənab M.Məmmədov İsrailə yola düşməzdən əvvəl həm İsraili Azərbaycanda təmsil edən diplomatlarla, həm də Azərbaycanın yəhudi icmasının rəhbərləri və nümayəndələri ilə görüşlər keçirilib. Bu da onun gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək.
Görüşdə Azərbaycan-İsrail münasibətlərinin hazırkı mərhələsində və bu əlaqələrin hər iki dövlətin mənafeyi naminə daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.