SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİsrailə uduzan "Beşiktaş"a böyük reaksiya
29 Noyabr 2024 10:32 | Baxış sayı: 372
“Beşiktaş” UEFA Avropa Liqasının 5-ci həftəsində İsrail təmsilçisi “Makkabi Təl-Əviv”ə 3:1 hesabı ilə uduzub.
Bu məğlubiyyətdən sonra ağ-qara azarkeşlər gecə yarısı İstanbula qayıdan "Beşiktaş"a hava limanında etiraz ediblər.
Komandanın təyyarəsi eniş etdikdən sonra Beşiktaş vitse-prezidenti Mete Vardar, Beşiktaş Klubunun Futbol şöbəsinin müdiri və mətbuat sözçüsü Feyyaz Uçar, köməkçi məşqçi Serdar Topraktepe və futbolçular Nəcib Uysal, Salih Uçan və Ersin Destanoğlu azarkeşlərin yanına gəlib.
Mete Vardar pərəstişkarlarına çox təəssüfləndiklərini və reaksiyalarında haqlı olduqlarını bildirib.
Feyyaz Uçar, "Sabahdan etibarən nə lazımdırsa, edəcəyik" dedi. Necip Uysal da qəzəbli fanat qrupuna "Qardaş, düz deyirsən. Düzəldərik, qardaş. Narahat olma" deyib.//News24.az