SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəl"İsrailə dəstəyimiz davam edəcək" - ABŞ
20 Sentyabr 2024 18:07 | Baxış sayı: 533
"Ağ Ev"in sözçüsü Jan-Pier gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb və ABŞ-nin İsrailə dəstəyindən danışıb.
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Yaxın Şərqdə "gərginliyin" artmasının ardından ABŞ-nin İsrailə silah dəstəyinin dayandırılması tələbləri ilə bağlı suala Jan-Pier "ABŞ siyasətinin dəyişmədiyini" bildirib:
"İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır və bu, dəyişməyib. Biz İsrailin təhlükəsizliyini dəstəkləməyə davam edirik".
Qeyd edək ki, İsrailə qeyd-şərtsiz dəstək verdiyi üçün tənqid edilən ABŞ rəhbərliyi avqustun ortalarında verdiyi açıqlama ilə bu ölkəyə 5 ayrı paketdə cəmi 20 milyard dollarlıq silah satışını təsdiqləyib. Ümumi satış dəyəri 20,3 milyard dollar olan paket Qəzzada atəşkəs prosesinin qeyri-müəyyən qaldığı və bölgədə gərginliyin artdığı bir vaxtda təsdiqlənib.