İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
06 Aprel 2024 10:16 | Baxış sayı: 620
İsrailə qarşı cavab əməliyyatının necə və nə vaxt həyata keçiriləcəyinə Tehranın özü qərar verəcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Bagiri sözügedən hücum nəticəsində ölən SEPAH zabitlərinin dəfnindəki çıxışında deyib.
O, 1 apreldə İsrailin İranın Dəməşqdəki konsulluq binasına (əslində konsulluğun yanındakı binaya – red.) endirdiyi zərbəyə görə intiqam alınmasının qaçılmaz olduğuna inandığını bildirib.
O, həmçinin xəbərdarlıq edib ki, Dəməşqə hücuma görə əsas məsuliyyət ABŞ-ın üzərinə düşür və Vaşinqton cavab verməlidir.