20 Aprel 2025
İsraildən Türkiyənin addımına CAVAB: "Ləğv edirik"

İsraildən Türkiyənin addımına CAVAB: "Ləğv edirik"

İsraildən Türkiyənin addımına CAVAB: "Ləğv edirik"

17 May 2024 08:09 | Baxış sayı: 490

Türkiyənin birtərəfli qaydada İsraillə xarici ticarət əlaqələrinə son verməsi qarşı tərəfin də adekvat addım atmasına səbəb olub.


AJMEDİA.İNFO “Bloomberg”ə istinadən xəbər verir ki, İsrail buna cavab olaraq Türkiyə ilə azad ticarət müqaviləsini ləğv edəcək. Müqavilənin ləğvi ilə yanaşı müqavilədən kənar digər məhsulların idxalına 100 faizlik gömrük rüsumları tətbiq edəcək.


İsrailin maliyyə naziri Bezalel Smotriç cümə axşamı açıqlamasında bu qərarların Türkiyənin ticarəti dayandırma hərəkətinə cavab olaraq verildiyini bildirib.


Plan təsdiq üçün İsrail Nazirlər Kabinetinə təqdim olunacaq.


Türkiyə Statistika Təşkilatının məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollara çatıb. Bu məbləğin 76 faizini Türkiyənin İsrailə ixracatı təşkil edib.(sfera.az)