SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİsraildən Rusiyaya: Bu, nalayiq addımdır
27 Oktyabr 2023 05:43 | Baxış sayı: 593
İsrail HƏMAS terrorçularının Rusiyaya səfərini pisləyib və ölkə hakimiyyətini onları dərhal qovmağa çağırıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə etirazını bildirən İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ın İŞİD-dən betər terror təşkilatı olduğunu vurğulayıb.
“HƏMAS liderlərinin əlləri bıçaqlanan, öldürülən, güllələnən və yandırılan 1400-dən çox israillinin qanına boyanıb. Onlar körpələr də daxil olmaqla, 220-dən çox israillinin qaçırılmasına görə məsuliyyət daşıyırlar. İsrail HƏMAS liderlərini Moskvaya dəvət etməyi terrora dəstək verən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən nalayiq addım kimi nəzərdən keçirir”, - XİN-in bəyanatında bildirilib.
Qeyd edək ki, ötən gün HƏMAS təşkilatının nümayəndələri Moskvaya səfər ediblər.