SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlİsraildən Hizbullaha GÖZ DAĞI
13 Noyabr 2023 06:53 | Baxış sayı: 661
İsrailin döyüş təyyarələri Livanın paytaxtı Beyrut və cənubdakı Sur şəhəri üzərində görüntülənib.
AJMEDİA.İNFO xəbər verir ki, Beyrut və Sur səmalarında müşahidə edilən İsrail döyüş təyyarələri "Hizbullahın qalası" kimi tanınan Dahiyə bölgəsi üzərində alçaqdan uçub. Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, təyyarələr uçuşlardan sonra ölkə ərazisində geri çəkilib.
Qeyd edək ki, HƏMAS-ın hücumundan sonra Livan Hizbullahı da İsrailə hücumlar təşkil edib. Qarşıdurmalarda 63 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.