20 Aprel 2025
İsraildən Hizbullaha daha bir ZƏRBƏ

İsraildən Hizbullaha daha bir ZƏRBƏ

İsraildən Hizbullaha daha bir ZƏRBƏ

09 Fevral 2025 10:00 | Baxış sayı: 452

İsrailin Hərbi Hava Qüvvələri Livan Hizbullahına ağır zərbə vurub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İsrail HHQ Bəqaa vadisində "Hizbullah" radikal hərəkatının döyüşçülərinə zərbə endirib.

İsrail Ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, vadidə silah istehsalı və saxlanması üçün strateji obyekt fəaliyyət göstərirmiş.

Qeyd edilib ki, bu obyektdə fəaliyyət İsrail və Livan arasında atəşkəs razılaşmalarının ciddi pozulmasıdır.