SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİsraildə müharibə hazırlığı: Nazirlərə peyk telefonları verildi
03 Avqust 2024 18:34 | Baxış sayı: 497
“İsrailin nazirlərinə müharibə vəziyyətində peyk telefonları verilib”.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.
Nəşr iddia edib ki, İranın ölkəyə mümkün hücumlarını nəzərə alaraq hökumətin nazirlərinə peyk telefonları verilib.
Bu addım fasiləsiz telefon rabitəsini təmin etmək üçün atılıb. Yüksək rəhbərlik əvvəlcədən alınmış peyk telefonlarını nazirlərə paylayıb. Çatmayanlara isə yeni telefonların alınaraq paylanması tapşırılıb.
Qeyd edək ki, İsrail hakimiyyəti genişmiqyaslı müharibə olacağı təqdirdə vətəndaşları elektrik enerjisinin kəsilməsinə və bomba sığınacaqlarında uzun müddət qalmağa hazır olmağa çağırıb. /Globalinfo.az