22 Aprel 2025
İsraildə köpəkbalığı hücumu: Bir nəfər itkin düşdü

İsraildə köpəkbalığı hücumu: Bir nəfər itkin düşdü

İsraildə köpəkbalığı hücumu: Bir nəfər itkin düşdü

22 Aprel 2025 13:09 | Baxış sayı: 180

İsrailin Hadera sahilləri yaxınlığında köpəkbalığı kişiyə hücum edib.

AJMEDİA.İNFO "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində kişi itkin düşüb.

Məlumata görə, çimərlik qeyri-müəyyən müddətə bağlanıb. Hazırda mütəxəssislər ərazidə işləyirlər, quruya çıxarılmış ola biləcək bədənin hissələrini axtarırlar.

Qeyd edək ki, bu, həmin ərazidə 2025-ci ildə qeydə alınmış ikinci analoji hadisəsidir. İlk insident bu ilin yanvarında baş verib.