20 Aprel 2025
İsraildə hərbi çağırışçıların maaşları artırılacaq və məcburi xidmət müddəti azaldırılacaq

İsraildə hərbi çağırışçıların maaşları artırılacaq və məcburi xidmət müddəti azaldırılacaq

İsraildə hərbi çağırışçıların maaşları artırılacaq və məcburi xidmət müddəti azaldırılacaq

14 İyun 2023 06:34 | Baxış sayı: 690

Gələn ildən maaşlar 25 faiz artacaq.

AJMEDİA.İNFO xəbər verir ki, İsrail Müdafiə Qüvvələri 2023-2027-ci illər üçün hərbi qulluqçuların maaşları və pensiyalarının islahatı planı ilə bağlı Maliyyə Nazirliyi ilə müəyyən razılaşmalar əldə edib. Qərara alınıb ki, gələn ildən maaşların səviyyəsi artmağa başlasın, lakin kişilər üçün icbari xidmət müddəti azaldılsın (qadınlar üçün eyni qalacaq).

Tərəflər razılaşıblar ki, 2026-cı ilin iyul ayından etibarən xidmət 24 aya endiriləcək, yəni gələn ilin yayında orduya çağırılan döyüşçülər 2026-cı ilin iyulunda (IHQ-nin mülahizəsinə əsasən) buraxıla biləcəklər.

2026-cı ilin iyul ayında xidmət müddətinin azaldılması ilə 28 aydan 32 aya qədər xidmət keçməli olan hərbi qulluqçular hər əlavə ay üçün (25-ci aydan) əhəmiyyətli dərəcədə maaş alacaqlar. Arxa hissələrdə xidmət edənlər üçün artımın məbləği 2000 şekel, döyüş hissələrinin əsgərləri üçün 3000 şekel (28-ci aya qədər) və 3500 şekel (32-ci aya qədər) olacaq.

Teqlər:
İsrail