SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİsraildə antiterror əməliyyatları: 13 şübhəli saxlanılıb
07 İyun 2023 16:50 | Baxış sayı: 473
İsrail Qüvvələrinin mətbuat xidməti bildirir ki, iyunun 7-nə keçən gecə Yəhudeya və Samariyada terror fəaliyyətində şübhəli bilinən şəxslərin tutulması əməliyyatı davam etdirilib.
AJMEDİA.İNFO xəbər verir ki, əməliyyatda hərbçilər, sərhəd polisi döyüşçüləri və Baş Təhlükəsizlik Xidmətinin (ŞABAK) əməkdaşları iştirak edib.
Bugünkü hesabatda konkret yaşayış məntəqələri göstərilməyib. Əməliyyatlar zamanı axtarışda olan 13 nəfərin saxlanıldığı bildirilir. Silah və sursatlar müsadirə edilib. Saxlanılan şəxslər dindirilmək üçün ŞABAKt müstəntiqlərinə təhvil verilib. Əməliyyatların birində “külli miqdarda yük olan” avtomobil partladılıb.