SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlİsrail "Zeytun"un komando mərkəzini ələ keçirdi
21 Noyabr 2023 05:24 | Baxış sayı: 525
İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində HƏMAS hərəkatının əsas batalyonlarından birinin komanda mərkəzi və bölmənin qərargahı da daxil olmaqla, əsas obyektlərini nəzarətə götürüb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
“188-ci briqadanın əsgərləri “Zeytun” batalyonunun əsas obyektlərinə, o cümlədən “Qəzza şəhəri” briqadasının komanda mərkəzinə və batalyonun mərkəzi qərargahına nəzarəti ələ keçirib”, - məlumatda deyilir.
Qeyd edilir ki, “Zeytun” batalyonu anklavın şimalında Qəzza şəhərində fəaliyyət göstərən HƏMAS-ın əsas batalyonlarından biridir.