SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİsrail zərbə endirdi, "Hizbullah"ın yüksəkrütbəli səhra komandiri ÖLDÜ - FOTOLAR
03 İyul 2024 14:37 | Baxış sayı: 538
İsrail qüvvələrinin Livanın cənubundakı Sur şəhərinə dəqiq zərbəsi nəticəsində "Hizbullah"ın yüksəkrütbəli səhra komandiri məhv edilib.
AJMEDİA.İNFO İsraelhayom.co.il-ə istinadən xəbər verir ki, öldürülən komandirin "Əziz" bölməsinin başçısı Əbu Naama Naser olduğu bildirilir.
Məlumata görə, səhra komandiri avtomobildə hərəkət edərkən dronla vurulub. Həmin maşında Naserlə yanaşı daha bir yüksəkrütbəli komandirin olduğu vurğulanır.
"Hizbullah" hərəkatı xəbəri təsdiqləyib.