SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlİsrail Xarici İşlər Nazirliyi Qəzza əməliyyatı fonunda diplomatik uğur qazandığını bildirib
14 May 2023 08:05 | Baxış sayı: 650
İsrail Xarici İşlər Nazirliyi əməliyyatın İsrailin beynəlxalq legitimliyini gücləndirdiyini bildirib.
AJMEDİA.İNFO xəbər verir ki, Xarici İşlər Nazirliyi Qəzzada Fələstinin “İslami Cihad” terror təşkilatına qarşı “Qalxan və ox” əməliyyatının diplomatik aspektindən razıdır.
Nazirlik mənbələri bildiriblər ki, “əməliyyat zamanı həm diplomatik kanallar, həm də ictimai kanallar vasitəsilə gələn cavablar İsrailin öz vətəndaşlarını qorumaq hüququnu geniş şəkildə dəstəkləyib”.
Mənbələrə görə, “Xarici işlər naziri Eli Koen bir çox həmkarı ilə birbaşa təmasda olub və onları hadisələrdən xəbərdar edib. Bir çox diplomatik bəyanatlarda birbaşa təmas təsdiqlənib. Beynəlxalq reaksiyaları təhlil etdikdə görürük ki, İsrailin legitimliyi nəinki zərər görmədi, hətta əməliyyat boyu qorunub saxlandı, hətta təkmilləşdirildi.