SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlİsrail və HƏMAS razılığa gəlmək üzrədir - “The Jerusalem Post”
14 Yanvar 2025 14:23 | Baxış sayı: 446
İsrail mediası HƏMAS və İsrailin Qəzza ilə bağlı razılaşmaq üzrə olduğunu yazıb.
AJMEDİA.İNFO xəbər verir ki, tərəflərin atəşkəs və əsir mübadiləsinə dair razılığa gəlməyə yaxın olduğu bildirilib. “The Jerusalem Post”a danışan adı açıqlanmayan diplomatik mənbələr bildirib ki, razılaşmaya əsasən əvvəlcə 33 israilli əsir sərbəst buraxılacaq. Ardınca İsrail tərəfi Qəzzadan geri çəkilməyə başlayacaq. Daha sonra tərəflər bütün İsrail əsirlərin azad edilməsi və İsrail ordusunun tamamilə Qəzzadan çəkilməsinə dair danışıqlar aparacaq.
“Jerusalem Post”a danışan mənbələr atəşkəsin nə vaxt imzalanacağını açıqlamayıblar. Bəzi mənbələr İsrailin azad edəcəyi fələstinli məhbusların sayının sağ olan israilli məhbusların sayına görə dəyişəcəyini yazıb. Bildirilir ki, azad ediləcək fələstinlilər işğal altındakı İordan çayının qərb sahilinə göndərilməyəcək.