SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlİsrail Türkiyəyə başsağlığı verib: “Dualarımız türk xalqının yanındadır”
06 Fevral 2023 04:59 | Baxış sayı: 490
İsrailin Ankaradakı səfirliyi zəlzələnin yol açdığı dağıntılar və tələfatlarla bağlı Türkiyəyə başsağlığı verib.
“Report” xəbər verir ki, bununla bağlı diplomatik korpusun tviter səhifəsində müvafiq paylaşım edilib.
“Bu gün sabaha sarı yaşanan zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır. Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - tvitdə qeyd olunub.